Yeni dövlət katibi kim oldu?

ABŞ Senatı Con Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun təyinatına 94 senator səs verib, üç senator isə əleyhinə çıxıb. Con Kerrinin yaxın günlərdə and içməsi gözlənilir. Bundan əvvəl isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi yekdilliklə Con Kerrinin ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama C.Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini 2012-ci ilin dekabrın 21-də irəli sürüb. O bu vəzifədə Hillari Klintonu əvəz edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə