Azərbaycanın NATO ilə əməkdaşlığı zəruridir

Azərbaycanın NATO ilə əməkdaşlığı zəruridir

"Azərbaycan NATO ilə əməkdaşlığını çox uğurla davam etdirir". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə NATO-nun Təhlükəsizlik Problemləri üzrə Departamentin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rülenin Azərbaycana səfərinə şərh verərkən deyib.

Onun sözlərinə görə, Maykl Rülenin bu səfəri NATO-Azərbaycan əməkdaşlığına bir töhfədir: "Bu səfər çərçivəsində NATO-Azərbaycan münasibətləri daha da möhkəmlənəcək. Eyni zamanda konkret işlər görməyə imkan yaradacaq. NATO ilə əməkdaşlıq zəruridir".

Qeyd edək ki, NATO-nun Təhlükəsizlik Problemləri üzrə Departamentin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rüle NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) fevralın 4-9-da Bakıda keçiriləcək qış sessiyasında iştirak edəcək. Sessiyanın əsas müzakirə mövzusu Xəzər regionunda təhlükəsizliyə qarşı təhdidlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə