"Almaniyalı deputat Kristof Ştrasserin hazırladığı məruzəsinin iflasa uğramasına baxmayaraq, yenə də bu məsələ ilə bağlı rahatlaşmaq olmaz. Avropa Şurası və başqa beynəlxalq təşkilatlarda çalışırıq və hansı proseslərin getdiyinin şahidi oluruq". SİA-nın məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov deyib.
"Əsas həqiqət ondan ibarətdir ki, bu hadisə və səsvermə onu göstərdi ki, Azərbaycanı hədəf seçib onun qarşısında hər hansı "eksperiment" aparmaq düzgün deyil. İnsan haqları problemi bütün ölkələrdə mövcuddur. İnsan haqları problemi ilə Avropa Şurası məşğul olur və bundan sonra da olacaq. Ölkəni hədəfə çevirəndən sonra bunu başqa ölkələrə başqa tərzdə təqdim etmək cəhdinin qarşısı hesab edirəm ki, vaxtında alındı. Yenə də təkrar edirəm ki, Avropada insan haqları problemi mütləq müzakirə olunacaq. Biz bu məsələni artıq müzakirəyə çıxarmışıq",- deyə S. Seyidov sözlərinə əlavə edib.
Qurumun vitse-prezidenti həmçinin vurğulayıb kİ, bu müzakirələrlə bir daha sübut olundu ki, formalaşmış demokratiya ola bilməz: "Demokratiya universitetə bənzəyir. Universitetdə isə fənni hər zaman oxumaq lazımdır. Fərq isə ondan ibarətdir ki, universitetdə diplom almaq olar, ancaq burada heç vaxt diplom verilmir. Çünki cəmiyyətdə həmişə müəyyən problem mövcuddur. Bu məsələyə ikili standartlarla yanaşmaq olmaz".
Səməd Seyidov onu da bildirib ki, təqdim edilən faktlar arasında ümumilikdə hərbi xidmətdən imtinaya görə, Ermənistanda hazırda 60 gəncin həbsdə olması faktı da var: "Ştrasser buna cavab olaraq bizə bildirdi ki, "mən bu məsələyə baxmıram". Hərçənd Ermənistandakı məsələlər də onun kurasiyasındadır".
AŞ PA-da nümayəndə heyətinin sədri qeyd edib ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, 1 milyondan çox qaçqın və məcburi köçkünün varlığını diqqətə çatdırarkən Ermənistan nümayəndə heyəti bu rəqəmin düzgün olmadığını bildirib: "Onlar özləri də bilmədən etirafa yol verdilər. Dedilər ki, "Azərbaycanın 20 faiz deyil, 14 faiz ərazisi işğal olunub və 1 milyon deyil, 700 min azərbaycanlı qaçqın Dağlıq Qarabağ və ətraf rayondan didərgin düşüb". Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və həqiqətən də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırdı. Bu, erməniləri və ermənipərəst AŞ PA üzvlərini pis vəziyyətdə qoydu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB