Bu gün Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ordu generalı paytaxtımızda iki gün səfərdə olacaq.
B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarda görüşlər keçirəcək.
Səfər yanvarın 26-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB