Mirkazım Kazımov: "Müxalifətin işi şər-böhtandır"

Mirkazım Kazımov: "Müxalifətin işi şər-böhtandır"

Milli Məclisin deputatı Mirkazım Kazımov İsmayıllıda baş verən hadisə ilə bağlı SİA-ya açıqlama verib. Millət vəkili bildirib ki, İsmayıllıda baş verən hadisədə hər hansı məqsəd güdmək lazım deyil, bu məsələdən öz məqsədləri üçün istifadə edənlər isə yanılırlar. Müxalifətin İsmayıllı hadisəsinə münasibəti qeyri-obyektivdir. İsmayıllı hadisəsini hüuquq-mühafizə orqanları araşdırır."

Millət vəkili onu da qeyd edib ki, müxalifət seçkilər ərəfəsində həmişə qeyri-obyektiv münasibəti, davranışı, "milçəkdən fil düzəltmək" siyasəti ilə gündəmə gəlib. Ölkəmizdə görülən bu qədər işi, iqtisadi inkişafı qiymətləndirə bilmirlər. Müxalifət yalnız şər-böhtün atmaqla məşğuldur.

Xatırladaq ki, İsmayıllıda bir qrupu şəxsin iştirakı ilə baş verən hadisədən sonra müxalifət hadisəyə siyasi çalar verməyə, hadisəni siyasiləşdirməyə və özlərinə divident qazanmaq çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə