Türkdilli dövlətlərin diaspor təşkilatlarının I Forumunun Bakıda keçirilməsi təklif edilib. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O bildirib ki, bu ideya müsbət qarşılanacaq: "Forumun bu il ərzində Bakıda keçirilməsi nəzərdə tutulub: "Həmin tədbirdə gələcəkdə türkdilli dövlətlərin diasporunun strategiyasını hazırlayıb ortaya qoymaq planlaşdırılır".
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə nazirləri və təşkilat rəhbərlərinin birinci iclası öz işinə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB