Qərb renosans dövründən sonra "səlib yürüşləri"ni daha sərt və nisbətən siyasi texnologiyalar tətbiq etməklə davam etdirir. Müstəmləkəçilər yenidən həm islam dünyası, həm də qeyri-islam xalqlarının yaşadığı Afrika ölkələri üzərinə hücumlar təşkil etməyə başlayıblar. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Avropanın yenidən müstəmləkəçilik siyasətini gücləndirməsinə dair məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin təşkil etdiyi "səlib yürüşləri" heç vaxt bitməyəcək: "Avropanın son vaxtlar həyata keçirdiyi siyasət sırf müstəmləkəçilik xarakterlidir. Müstəmləkəçilik siyasəti bu gün bir qədər modernləşib. Çünki bu siyasət açıq şəkildə həyata keçirilmir. Lakin ayrı-ayrı ölkələrə silahlı və ya digər formada müdaxilələr etməklə həmin dövlətlərin iqtisadi imkanlarından yaralanırlar. Bundan əlavə öz tabeliliklərində olan insanları hakimiyyət gətirməklə həmin dövlətləri idarə edirlər. Müasir siyasətlərinin də motivləri bundan ibarətdir. Təəssüflər olsun ki, bəzi Afrika və müsəlman ölkələri inkişaf səviyyələrini yüksəltmədikləri üçün də buna fürsət yaradırlar. Bir çox hallarda bu imkanlar məqsədyönlü şəkildə kəşfiyyat qrumları tərəfindən hazırlanır. Eyni zamanda müxtəlif terror qruplarının ayrı-ayrı dövlətlərin ərazilərində fəaliyyət göstərməsi də bu ölkələrə müdaxiləni qaçılmaz edir. Çünki həmin müstəmləkəçilər beynəlxalq terrorla mübarizə adı altında bu ölkələrə müdaxilə edirlər. Bundan əlavə totalitar hakimiyyətlərin formalaşmasında Qərb ölkələri vaxtıilə iştirak ediblər. O zaman həmin ölkələri bu insanlar vasitəsilə idarə edirdilər. İndi isə maraqlarına uyğun gəlmədiyi üçün bu hakimiyyətləri dəyişdirməyə çalışırlar. Artıq istismarın yeni bir mərhələsi başlayır. Bundan əlavə Avropada hökm sürən böhran amilləri də bu proseslərə müəyyən təsir göstərir. Bu böhranın aradan qaldırılması üçün də yeni enerji resurslarının olduğu istismar məkanlarının olmasına ehtiyac yaranır. Bu müdaxilələr də bu ehtiyacdan doğur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB