Seymur Orucov: “Leyla Yunus hər zaman Azərbaycan xalqına qarşı hörmətsizlik edib” MÜNASİBƏT

Seymur Orucov: “Leyla Yunus hər zaman Azərbaycan xalqına qarşı hörmətsizlik edib” MÜNASİBƏT

Mən Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan publicdialogues.info ermənipərəst saytının fəaliyyətini qəti şəkildə pisləyirəm. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Seymur Orucov Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın "Region" araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni anti-Azərbaycan layihəsinin həyata keçirilməsinə münasibət bildirərkən deyib.

YAP GB sədrinin sözlərinə görə, hər bir dövlətin özünün daxili və xarici siyasəti vardır. Azərbaycan müstəqil dövlət olaraq öz daxili və xarici siyasətini uğurla davam etdirir: "Cənab prezident İlham Əliyevin də xarici siyasətdə belə bir mövqeyi vardır ki, qarşılıqlı münasibətlər çərçivəsində biz qonşu dövlətlərlə öz əlaqələrimizi qururuq. Lakin B.Britaniyanın ölkəmizdəki səfirliyi bu kimi fəaliyyətlərə əl atırsa, bu ilk növbədə demokratiyanın beşiyi sayılan İngiltərənin anti-demokratik düşüncələrindən xəbər veririr. İkincisi, bu Azərbaycanın daxili işinə qarışmaqdır. Üçüncüsü isə bu münaqişənin həllindəki proseslərə mənfi təsir edə biləcək nəticələrə gətirib çıxara bilər. Bizim arzumuz budur ki, B.Britaniyanın səfirliyi yaxşı olardı ki, getsin öz dövlətinin siyasətini təbliğ etsin. O, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənipərəst mövqeyini özünə saxlamalıdır. Ümid edirik ki, bu dövlət müəyyən müddətdən sonar öz səhvlərini anlayacaq".

Həmin saytın fəal üzvlərindən biri olan Leyla Yunus haqqında da fikirlər söyləyən S.Orucov deyib ki, bu insan hər zaman ermənipərəst mövqeyi ilə seçilib: "Bu şəxs hər dəfə Azərbaycan dövlətinə və xalqına qarşı çox böyük hörmətsizlik edib. L.Yunus Azərbaycana qarşı qarayaxma kompaniyası aparmaqla nə özünə müsbət tərəfdaş toplaya biləcək, nə də ki, cəmiyyət bu cür şəxsləri qəbul edəcək. Bizim ölkə xalqı hər şeyi özü aird etməyi bacarır və nəyin düz, nəyin səhv olduğunu çox gözəl başa düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə