Keçmiş baş naziri nədə ittiham etdilər?

Keçmiş baş naziri nədə ittiham etdilər?

Ukranyanın baş prokuroru Viktor Pşonka keçmiş baş nazir Yuliya Timoşenkonu 16 il əvvəl biznes rəqibi olan Yeven Şerbanın qətlində ittiham edir. SİA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, əgər günahkar olduğu təsdiqlənərsə, Timoşenko ömür boyu həbs cəzası ala bilər.

Pşonkanın sözlərinə görə, onların əlində Timoşenko və keçmiş nazir Pavel Lazarenkonun biznesmenin öldürülməsi ilə bağlı göstəriş verdikləri barədə sübut var. Müstəntiqlər qətl üçün Lazarenkonun 500 min, Timoşenkonunda 2,3 milyon dollar ödədiyini irəli sürür.

Qeyd edək ki, Şerban 1996-cı ilin noyabrında Ukrayna aeroportlarından birindən düşərkən həyat yoldaşı ilə birlikdə güllələnərək öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə