Lev Roxlin dövlət sirrini açdığı üçün öz qadınıın əli ilə öldürülən generaldır. Onu parlamentdə tutduğu mühüm vəzifə-Müdafiə Komitəsinin sədri olması və böyük hərbi təcrübəyə malik olması belə onu qoruya bilmədi. SİA-nın məlumatına görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat verib. Həmin məlumatı diqqətinizə çatdırırıq:
O,Rusiya siyasi rəhbərliyinin gizli silah və texnika satışından əldə etdiyi milyardların izinə düşüncə həyatını ölümcül zərbə qarşısında qoydu. Lakin geri çəkilmədi və bütün dünyaya bəyan etdi ki, Rusiya Ermənistana 1 milyard dollardan artıq silah yardımı edib. Belə mötəbər şəxsin dilindən səslənən bəyanatın doğurduğu reaksiyaları təxmin etmək çətin deyildi. Roxlin gündəmdə qalmaq üçün populizmə əl atan şəxslərdən deyildi. Ermənistanın o dövrdə əldə etdiyi silahları araşdırmaq üçün Azərbaycanın etirazları nəticəsində Rusiya ilə birgə dövlət komissiyası təşkil olundu.
Lakin nəyi inkar etmək olardı, bir halda ki, Roxlin bütün siyahını təqdim etmişdi. Viktor Çernomırdin həmin hadisələrdən az keçmiş Bakıya təşrif buyurur və ulu öndər Heydər Əliyev qarşısında bəyan edir ki, həmin silahlar Azərbaycana qarşı deyil, NATO-nun və Qərbin "cənub cinahı"nda həyata keçirmək istədiyi siyasəti əngəlləmək üçün nəzərdə tutulub. Diplomatiya tarixində belə açıq mətnli mesajlar çox olmur. Hər halda Rusiya cənub səngərində hərbi potensialını bu gün də artırmaqda davam edir. Qafqazın silahlandırılması və militaristləşmə təhlükəsizliyə böyük zərbədir. Bu isə hər zaman Rusiyadan asılıq deməkdir. İldə 31 milyard dollardan artıq gəlir əldə edən bir ölkə silah bazarını məhz dondurulmuş konfliktlərin hesabına inkişaf etdirir. Belə faydalı biznes dünyada heç bir sahə ilə müqayisə oluna bilməz. Hərbi balansdan bəhs etməyin bir anlamı yox. Üstünlük həmişə onların tərəfində olub. Söhbət heç də Gümrüdəki 103-cü hərbi bazadan və onun kontingentindən getmir. Oradakı hücum silahları bir neçə min kilometr radiusda hədəfləri vura bilmək imkanındadır. Şərti düşməni NATO olan bir ölkə hərbi maraqlarını qorumaq üçün Ermənisatanı silah anbarına çevirib. Belə yerdə ATƏT-in "cinah sazişi" sənədi sadəcə kağız parçasıdır. Onlar regiona müfəttiş göndərib kvotalara riayyət olunmasına nəzarət edə bilərdilər. Lakin bu sərfəli olmayan və nəticəsiz bir məşğuliyyətdir. Çünki Avropa ölkələri də Cənubi Qafqazadakı qeyr-sabitlikdən qazanırlar. Region nə qədər kövrək sülhə malik olursa, onun iqtisadi resursalarını bir o qədər ucuz şərtlərlə istismar etmək mümkün olur. Rusiya silahları ilə döyüşən ermənilərin 2012- ci ildəki hərbi büdcəsinin cəmi 300 milyon dollar olduğunu xatırlatmaq statistika həvəskarlarına lazım olar. Bu il artımla həmin rəqəmi 449 milyon dollara çatdırmağı düşünürlər. Lakin elə son günlər Rusiyadan ixrac olunan texnika və ağır silahların, raket qurğuların birgə qiyməti bir illik büdcə məsrəflərindən çoxdur.
Nəticə çıxarmaq çətin deyil ki, Azərbaycanı sürətlə silahlanmaya təhrik edən belə siyasət az qala İran və İraq arasında gedən 8 illik savaşdakı beynəlxalaq silah partiyalarının tutduğu mövqeni xatırladır. Neft dollarları xalqın ehtiyacına deyil, müdafiəyə və təhlüksəizliyə xərcləməklə ölkələrə öz şərtlərini diqtə edirlər. Qərb isə susur. Gürcüstana verilən silahlar və hərbi quruculuğa dair göstərilən köməklər rus silahından imtinaya əsas yaratmır. Çünki Amerika və NATO-nun Cənubi Qafqazda hərbi bazalar yaratmaq niyyəti yoxdur. Onlar rəsmi şəkildə ərazi bütövlüyünü müdafiə etdikləri Azərbaycanı nə Rusiyanın, nə də Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının həmlələrindən qorumaq fikrində deyillər. Ölkəmiz hətta taransmilli layihələrin də təhlüksəzliyini çox kiçik beynəlxalq dəstəklə təkcə özü qoruyur. Qardaş Türkiyə Rusiyanın onun sərhədlərinə belə hərbi güc toplamasına necə yanaşır? Bu haqda sayın Ərdoğanın bəyanatı çox maraqlı olardı. Bəlkə Suriya ilə sərhədlərə Patriot raketlərini yığmaqla əvəzində Rusiyanın Qafqaz siyasətindəki maraqlarına güzəştə gedilib? Elə isə Azərbayacanla az qala hərbi müttəfiqlik sazişi olan müqavilənin aqibəti necə olsun? Bütün hallarda türklərlə bərabər hərbi kontingentlə rusalara qarşı vuruşmaq yalnız virtual layihələrdir. Heç kəs nüvə dövləti ilə bizə görə düşmən olmaq istəməyəcək. Azərbaycansa həmin silahların hədəfindədir. Qarabağa gətirilən Rusiya texnikası hər gün insanlarımızı canlı hədəfə çevirir və işğalın davamlılığına təminat yaradır. Rusiyanın sülhməramlı missiyası bundan ibarətdir.
"1905-ci ildə" əsərini xatırlayırsız, deylmi? "Atan kazaklardır". Üstündən yüz il keçsə də Allahverdi və İmamverdi adlı iki xalq həmin rus silahları ilə bir-birini məhv edir. Onlara hələ ki, nə Allah, nə də ki, imamdan gələn dinclik yoxdur. Allahı verən hələ ki, ruslardır"!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB