Asim Mollazadə: “Həştərxan limanında açıq qapı sistemi yalnız İran gəmiləri üçün nəzərdə tututlub”
Xəzər dənizindən ən böyük donanma Rusiyaya məxsusdur. Buna baxmayaraq donanma daha da güclənir və yeniləşir. Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, buna səbəb dünya üçün önəmli olan Xəzər hövzəsini öz nəzarətində saxlamaqdır: "Rusiya Xəzər vasitəsi ilə İranla öz əməkdaşlığını daha da gücləndirmək niyyətindədir. Rusiya MDB ölkələrinə məxsus gəmiləri Həştərxan limanına buraxmır. Ancaq İran gəmiləri limana sərbəst şəkildə daxil olur. Təsadüfi deyil ki, limanda açıq qapı sistemi yalnız İran gəmiləri üçün nəzərdə tutulub. Hesab edirəm ki, Xəzər dənizi hər zaman dünyanın diqqət mərkəzində olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB