"Xocalı aeroportunun istifadəsi Ermənistanın işğalçı qoşunlarının çıxarılmasından sonra mümkün ola bilər". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Xocalı aeroportunun ermənilər tərəfindən istifadəyə verilməsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də müzakirə olunub. Nazir bildirib ki, əgər Ermənistan rəhbərliyi razıdırsa, öz qoşunlarını Azərbaycandan çıxarmalıdır, bundan sonra sülh sazişi çərçivəsində bu aeroportun istifadəsi humanitar baxımdan mümkündür. Ancaq nə qədər ki Ermənistan qoşunları Azərbaycan ərazilərindədir, bu, qanunsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB