Biz qəti şəkildə öz etirazımızı bildiririk

Biz qəti şəkildə öz etirazımızı bildiririk

Azərbaycan əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü bizlərin hər birini ciddi düşündürür. Bunu SİA-ya ASAİF-in baş katibi Vüsal Qurbanov deyib.

Baş katib inandığını bildirib ki, Azərbaycanın məhkəmə sistemi və Baş Prokurorluq bu məsələni tam obyektiv şəkildə araşdıracaq və ictimaiyyətə bu barədə məlumatlar verəcək: "Mən bir gənc olaraq Azərbaycanın digər bir gənc övladının ölümünə çox üzülürəm. Lakin çox təəsüflər olsun ki, bu mövzu ətrafında müxalif düşüncəli insanların bir yerdə toplaşaraq, hər hansı bir aksiya keçirməyi planlaşdırmaları və bu məsələləri siyasiləşdirmələri bizi çox məyus edir. Təbii ki, dar düşüncəli müxalif gənclərin bu cür hərəkətlərinə qarşı biz qəti şəkildə öz etirazımızı bildiririk. Biz sadəcə demək istəyirik ki, bu gün Azərbaycanın sağlam gəncliyi ölkənin rifahı və inkişafı istiqamətində hər zaman öz dəstəyini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə