"Xocalı aeroportunun açılmasına cəhd həmsədrlər üçün ciddi siqnaldır"
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyirlərsə, işğalçı Ermənistanı avantürist hərəkətlərdən əl çəkməyə məcbur etməlidir. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Ermənistanın Xocalı aeroportunu işə salmaq cəhdinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xocalı aeroportunun açılması ilə bağlı məsələ həmsədrlər üçün çox ciddi siqnaldır: "Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məhz ATƏT-in Minsk qrupu məşğul olur. Belə bir hadisə baş verərsə, onsuz da dalana dirənmiş danışıqlar prosesinə sarsıdıcı zərbə olacaq. Hesab edirəm ki, Ermənistan bunu qarşısına hədəf kimi qoyub. Məqsəd də odur ki, danışıqlar prosesi tamamilə kəsilsin və məsuliyyət Azərbaycanın üzərinə atılsın. Nəticə etibarı ilə status-kvo maksimum qorunub saxlanılısın. Bunu üçün də Ermənistan tərəfi ciddi-cəhdlə hazırlıq aparır ki, Xocalı aeroportunu işə salsın. Hətta, bu məqsədlə Almaniyadan təyyarələr alındığına dair bəyanatlar verirlər. Uçuş-enmə zolağının hazır vəziyyətə gətiriblər. Çünki Xocalı aeraportunu işə salmağa Ermənistan israrlıdır. Bununla bağlı Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti, təşkilatları və müvafiq aviasiya təşkilatlarının məlumatlandırıb. Azərbaycan tərəfi bununla bağlı hansı davranışı göstərəcəyinə dair yeni model yaratmır. Bu sahədə yeni Azərbaycan modeli formalaşmır. Belə stiuasiyalarda özünə hörmət edən hər bir dövlət beynəlxalq hüquq çərçivəsində hansı addımlar atacaqsa Azərbaycan da adekvat olaraq həmin addımları atacaq. Belə hallarda əvvəlcə xəbərdarlıq edilir. Buna məhəl qoyulmadıqda isə beynəlxalq praktikadakı müvafiq addımlar atılır. Bütün məsuliyyət də Ermənistanın üzərinə düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB