Araz Əlizadə: "İsa Qəmbər bacarırsa..."

Araz Əlizadə: "İsa Qəmbər bacarırsa..."

İsa Qəmbər təşvişə düşüb ki, Ziyalılar Forumundan namizəd çıxa bilər. Bunu SİA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin son günlər müxalifət düşərgəsinin vahid namizədi kimi özünü təqdim etməsinə münasibət bildirərəkən Sosial-Demokrat Partiyasının (SDP) sədri Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, İ.Qəmbərin yaxınları ilə söhbətində "prezidentliyə namizəd ancaq İctimai Palatadan ola bilər, o da mənəm, başqa heç kimin şansı yoxdur" deməsi narahatçılığın təzahürləridir.

İctimai Palatanın dəyərsiz bir qurum olduğunu deyən SDP sədri qeyd edib ki, dəlixanalarda çoxlu Nopoleonlar var: "Ancaq bunlar heç biri Napoleon deyil. Mən İctimai Palatanın üzvü deyiləm və olmaq da istəmirəm. Mən İctimai Palatanı ölü doğulmuş uşaq hesab edirəm".

A.Əlizadə SDP-nin də öz namizədi olacağını açıqlayıb: "İsa Qəmbər bacarırsa bizim namizədin qarşısına çıxsın. Bacarmırsa, dilini dinc saxlasın, qoysun...".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə