Teymur Abdullayev: "Biz dəfələrlə Ermənistana öz mövqeyimizi bildirmişik"
Ermənilərin Xankəndi hava limanına ilk uçuşu yaxın günlərdə həyata keçirəcəkləri ilə bağlı yaydıqları məlumatlar Azərbaycanda ciddi rezonans doğurub. Dağlıq Qarabağdakı qondarma rejimin "baş naziri" Ara Arutyunyan bildirib ki, bu "texniki uçuş" olacaq. Separatçı rejimin "aviasiya idarəsinin" rəhbəri Dimitri Atabaşyan isə deyib ki, hələlik xırda-xuruş texniki problemlər qalır.
Müdafiə Nazirliyinin rəis müavini Teymur Abdullayevin SİA-ya verdiyi məlumata görə, biz bununla əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik: "Biz hansı addımlar lazımdırsa onları da atacayıq".
Xatırladaq ki, rəsmi Bakı bu hava limanının istifadəyə verilmə cəhdinə qarşı kəskin mövqe bildirib. Azərbaycan hökuməti bəyan edib ki, bu hava limanına doğru uçan istənilən təyyarə məhv ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB