Çingiz Qənizadə: "Prezident heç bir qurumun təzyiqi ilə addımlar atmır"

Çingiz Qənizadə: "Prezident heç bir qurumun təzyiqi ilə addımlar atmır"

Azərbaycan Prezidenti İlham Əliyev heç bir qurumun təzyiqi ilə hansısa addımlar atmır. Bunu SİA-ya Əfv Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin "14 nəfər siyasi məhbusun onun əli ilə azad olunmasına" münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, bütün bunlar həqiqətə uyğun olmayan ifadələrdir: "Bu, cənab prezidentin konstitusion hüququdur. Əgər K.Ştrasser tarixə nəzər salsa görər ki, hər il dekabr ayının sonunda ölkə başçısı əfv fərmanları imzalayır. Bu baxımdan "14 siyasi məhbusun əfv edilməsinə" görə, K.Ştrasserin əlinin olmasının heç bir məntiqi əsası yoxdur".

Ç.Qənizadə hesab edir ki, bu kimi fikirlər bəzi qeyri-hökumət təşkilatları (QHT), "hüquq müdafiəçiləri" və 80-85 nəfərlik siyashılar təqdim edən Eynulla Fətullayev, Leyla Yunus kimiinsanlar tərəfindən irəli sürülür: "Onlar cənab prezident İlham Əliyevin öz təşəbbüsü ilə insanları mütəmadi olaraq əfv etməsini görürlər, lakin beynəlxalq təşkilatın nümayəndələrini ruhlandıraraq guya əslində bu onların sayəsində reallaşıb deyə fikirlər səsləndirirlər. Mən bu cür fikirləri əsassız sayıram. Hesab edirəm ki, cənab Prezidentin əfv fərmanı öz təşəbbüsü ilə Əfv Komissiyasının hazırladığı siyahılar əsasında reallaşdırılıb. Mən özüm də ötən gün Pentensiar Xidmətin 4 cəzaçəkmə müəssisəsində oldum və həmin insanların yaxınları ilə görüşərək, sevinclərinə şərik oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə