"Əli Kərimli kişi olsaydı, mənlə üz-üzə çıxardı. Hər zaman olduğu kimi, xanımları qabağa verərək özü də onların "tuman"larında gizlənib. Mən qadınlarla danışıqlar aparan deyiləm. Hər zaman onunla açıq debata hazıram. Buyursun meydana hünərini göstərsin". Bunu SİA-ya açıqlamasında Təhmasib Novruzov bildirib.
Müxalifət siyasi partiyalarının ABŞ səfiri Riçard Morninqstarla görüşünə də münasibət bildirən T.Novruzov bildirdi ki, Azərbaycan milli mənəvi dəyərlərinə söykənərək inkişaf edən ölkədir: "Hər bir ölkədə demokratiya, söz azadlığı, insan azadlığı, insan hüquqları və azadlığı, hər bir xalqın milli mənəvi dəyərlərinə söykənərək inkişaf etməlidir. Müxalifət öz dayaqlarını xalqda axtarmalıdır. Çünki xaricdən özünə dayaq axtaran müxalifət Azərbaycanı qərb sindromlu dövlətə çevirmək istəyi. Onların belə hərəkətləri heç də Azərbaycanı işıqlı gələcəyə aparmayacaq. Müxalifətin dayaq tapmaq istədiyi dövlətlərin hər birində dövlətçilik öz dəyərlərinə uyğun olaraq formalaşıb. Bundan əlavə müxalifət düzgün siyasət aparırsa, bağlı qapılar arxasında apardığı danışıqları cəmiyyətə açsın. Ancaq deyə bilmirlər. Çünki demokratiyadan dəm vuran dövlətlər müxalifətə yalnız seçki qabağı təxribatlar, pul vədləri təklif edir. Müxalifət də bunu cəmiyyətə deyə bilməz. Müxalifətin belə addımları heç kəsdə şübhə doğurmur, çünki xalq hər şeyə bələddir. Bunları da xalq yaxşı anlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB