"GUAM beynəlxalq aləmdə ən nüfuzlu təşkilatlardan birinə çevriləcək"
"Bu gün regional inteqrasiya proseslərinin geniş vüsət aldığı dövrdə yaşayırıq. GUAM təşkilatı regional təhlükəsizliyin təmin edilməsində getdikcə daha güclü rol oynamağa başlayır". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən GUAM PA-nın V iclasında çıxışı zamanı Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Əsgərov bugünkü iclasın indiyədək qurumun keçirdyi ən geniştərkibli iclas olduğunu qeyd edib: "Yaxın gələcəkdə GUAM beynəlxalq aləmdə ən nüfuzlu təşkilatlardan birinə çevriləcək. Müasir dövrdə parlament diplomatiyasının rolu getdikcə artır".
İclasda GUAM PA-nın milli nümayəndə heyətləri, qurumun baş katibi, Baltik Assambleyasının, Benilüks PA-nın, Cənub- Şərqi Avropa Əməkdaşlığı prosesinin Parlament Ölçüsünün nümayəndə heyətləri, Vişeqrad Qurupuna üzv dövlətlərin parlament nümayəndə heyətləri, GUAM PA üzv dövlətləri və tərəfdaş dövlətlərin Azərbaycanda akkreditə olunan səfirliklərinin, həmçinin Azərbaycanın nazirlik və digər qurumlarının nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB