"Ümumiyyətlə, hər hansı bir beynəlxalq təşkilat hesabat, rəy hazırlaya bilər. Amma "Freedom House" kimi beynəlxalq təşkilatı bu missiyanı öz üzərinə götürübsə, deməli bu son dərəcə xüsusi məsuliyyət kəsb edir. Bu hesabat insan hüquq və azadlıqları ilə bağlı olduğuna görə, çox vacib məsələdir". Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Freedom House"un ölkəmizlə bağlı hazırladığı qərəzli hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, hər il olduğu kimi yenə də adıçəkilən bu təşkilatın dünya ictimaiyyətinə təqdim etdiyi hesabat birtərəfli və ikili standartın məhsuludur, eləcə də obyektiv gerçəkliyə, insan hüquq və azadlıqlarına, beynəlxalq hüquq normalarına deyil, hansısa məqsədyönlü subyektiv fikirlərə söykənir: "Bəs gəlin görək, bu qərəzliliyin özünün mahiyyəti nədən ibarətdir? Bu gün çox inkişaf etmiş və dünya miqyasında öz inkişafı ilə böyük örnək səviyyəsinə gəlib çatan Türkiyə Cümhuriyyəti ilə hələ dövlət statusu almamış Ermənistanı eyni tərəziyə qoymaq özü elə qərəzliliyə bir nümunədir. Məsələn, Qazaxıstan dövləti 2010-cu ildə altı beynəlxalq quruma rəhbərlik edib. Hazırda Qazaxıstanda iyirmi mindən artıq QHT fəaliyyət göstərir. Yəni bütün bunları Ermənistan dövləti ilə eyni sırada tutmaq hesab edirəm ki, düşünülməmiş bir addımdır. Bu baxımdan düşünürəm ki, Azərbaycanı qeyri-azad ölkə élan edib Ermənistanı isə qismən azad ölkə élan etməyin arxasında ermənipərəst, anti-azərbaycan qüvvələrin imzaları durur. Buna başqa cür ad vermək belə mümkün deyil. Bunun başlıca səbəbi isə ölkəmizin inkişafı, beynəlxalq aləmdə öz layiqli yerini tutmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB