Ermənistan indi böyük problemlər içərisində çabalayır

Ermənistan indi böyük problemlər içərisində çabalayır

Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində milli mənafelərimizə uyğun olaraq tutduğu prinsipaial mövqe bizi qələbəyə daima yaxınlaşdırır. Beləcə erməni millətçi dairələrinin əsrlərnən yeritdiyi siasət artıq ciddi fəsadlar verməyə başlayır. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Aydın Mirzəzadə öz sosial şəbəkəsində məlumat yayıb. Parlament üzvünün sözlərinə görə, onlar tarixən iki halda torpağımızı və mədəniyyətimizi mənimsəyə bilirdilər: ya müstəqilliyimiz olmurdu, ya iqtidarda zəif hakimiyyətdə olurdu: "XXI əsrdə müstəqil dövlət, effektli neft siyasəti, səmərli avrointeqrasiya Azərbaycanın dövlət kimi nüfuzunu qaldırır, ərazi bütövlüyü məsələsi artıq dünyanın da marağında olur. Artıq dünya erməni yalanlarının ciddi qəbul etmək istəmir".

A.Mirzəzadə deyib ki, adı müstəqil olan Ermənistan isə yaşaya bilmədiyini açıq biruzə verir: "Başqa cür də ola bilməzdi. Genetik yaddaşda müstəqil dövlət dəyəri olmayanda tarixi təsaadüf nəticəsində yaranan dövlət iflasa uğramalıdır. Milli iddia və xarici dəstək nəticəsində Azərbaycanın zəif vaxtı onun torpaqlarının bir hissəsini işğal edən Ermənistan indi böyük problemlər içərisində çabalayır. Torpağının bir hissəsi işğal edilən Azərbaycan isə indi dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib, bir çox məsələlərdə onun mövqeyi öyrənilir".

Deputat onu da sözlərinə əlavə edib ki, torpaqların içğaldan azad olmasına çox vaxt qalmayıb: "Heydər Əliyev siyasi kursu, İlham Əliyev siyasəti, azərbaycan xalqının gen yaddaşı və əzmi bu tarixi mübarizədə bizlərin haqq işinin qələbəsinə yaxınlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə