Azərbaycanda həmkarlar ittifaqlarına vəsaitin ayrılması ilə bağlı qanunvericilik sərtləşdiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə və "Həmkarlar İttifaqı haqqında" qanuna dəyişikliklər müzakirə olunub.
Dəyişikliklər mülkiyyət formasəndan asılı olmayaraq, işəgötürən tərəfin həmkarlar ittifaqlarının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməsinə və 4 iş günü müddətində həmkarlar ittifaqının hesabına köçürülməsini tələb edir. Köçürülməni gecikdirənləri isə 2 ilədək inzibati tənbeh cəzası tədbiq ediləcək.
Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, bu dəyişiklik həmkarlar ittifaqlarının formalaşmasına və inkişafına töhfəsini verəcək. Belə ki, vaxtında baş tutan köçürmələr hesabına həmkarlar ittifaqı daha çox üzvlərini vaxtında lazımı kurortlara, sanatoriyalara göndərmək, onlara yardım etmək imkanı qazanacaq.
Müzakirələrin yekununda sənədlər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB