Gürcüstanla sərhədlərin demilitasiya və demarkasiya məsələlərində problem yoxdur. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanla sərhədi 480 kilometrdir və təxminən 400 kilometri razılaşdırılıb: "Yerdə qalan sərhədlərlə bağlı hər iki dövlətin ekspertləri ərazidə olub, müvafiq xəritə və sənədlərlə araşdırmalar aparılıb".
Komitə sədrinin sözlərinə görə, razılaşdırılmamış sərhədlərlə bağlı danışıqların başlanması üçün aidiyyatı sənədləşmə prosesi başlanıb: "Hələlik Azərbaycan tərəfi diplomatik kanallarla Gürcüstan tərəfindən dəvət gözləyir. Dəvət nə zaman reallaşacaqsa, bu zaman danışıqlara başlanacaq. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı mübahisə doğuracaq məntəqələr yoxdur. SSRİ zamanında Azərbaycan və Gürcüstan, həmçinin digər respublikalar qəbul olunan sərhədlər çərçivəsində yaşayıb. Doğrudur, bəzən müəyyən iddialar irəli sürülüb. Müzakirələr çərçivəsində bu məsələlər razılaşdırılır. Bu mübahisələr xəritələrlə öz həllini tapır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB