“Müxalifət etiraz aksiyaları keçirməsə, qonorar ala bilməz”

“Müxalifət etiraz aksiyaları keçirməsə, qonorar ala bilməz”

"Azərbaycanda insan hqüqularının qorunması üçün nə tələb olunursa bununla bağlı bütün qanunvericilik məsələləri həll olunub. İnsanlar azaddır, insanların konstitusion hüquqları qorunur. Bir sıra beynəlxalq institutlar arabir ikili standartlardan çıxış edib Azərbaycanda bəzi insan hüquqlarının pozulduğunu deyirlər. Amma mən bunların arxasında duran mənanı başa düşürəm və onlarla razılaşmıram. Bu gün Azərbaycan vətəndaşı demokratik cəmiyyətdə yaşayır". Bunu SİA-ya açıqlamasında İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bildirib.

Onun sözlərinə görə, müxalifət bütün ölkələrdə hakim partiyaya qarşı hansısa tədbirləri keçirməlidir: "İndi bizim müxalifət insan hüquqları günündə aksiya keçirmək istəyir. Ancaq onlar da özbaşına çıxış etmirlər. Onları sponsorları və maliyyə ödəyiciləri müəyyən etirazlar etməyə məcbur edir. Əgər müxalifət bunu etməsə, vaxtında qonorar ala bilməz. Onlar lazımı təminatı alırlar. Mən demirəm ki, hər şey idealdır. Biz mütərəqqi, demokratik və hüquqi bir dövlətik və bu istiqamətdə də addımlayırıq. Həmçinin Avropaya da inteqrasiya edirik. Bu gün hələ bizim tam çatdıra bilmədiyimiz, nəzərdə tutduğumuz məsələlər var. İndi bunlar xaricdəki ayrı-ayrı təşkilatların təlimatlarını oxuyurlar, hansısa boşluğu tapıb başlayırlar etiraz etməyə. Etsinlər! Axı bütövlükdə bütün dünyada qəbul olunan etalonlar var. İnsan hüquqlarının qorunmasının kriteriyaları var. Bu kriteriyalar Azərbaycanda gözlənilir. İndi xalq cəbhəsinin küçəyə çıxması ilə bütün Azərbaycan haqqında fikir yaratmaq düzgün deyil. Bəzi beynəlxalq qurumlar gəlib ölkəmizdə gizli olaraq sorğu aparırlar. Bir dəfə olsun bu sorğunu insan hüquqları komissiyasının üzvləri ilə görüş keçiriblərmi? Əlbəttə ki, xeyr! Bəs bunlar küçədəki 6 nəfərin sorğusundan necə ümumi nəticəyə gəlirlər?! Bu nə dərəcədə obyektivdir!? Bu, düzgün deyil".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə