Ağzı olan danışır. Əli Kərimli də ictimai diqqəti çəkmək üçün danışır. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
Onun sözlərinə görə müxalifətdən naftalin qoxusu gəlir. "Xalq müxalifəti çoxdan unudub. Belə fikirləri - "köhnə qvardiya", "təzə qvardiya" səsləndirməklə özlərini biabır edirlər. Soruşmaq istərdim, bəs siz hansı qvardiyadansız? Uzun illərdir öz postlarındadırlar. Heç bir gəncə irəli getmək şəraiti yaratmırlar. Bu şəxlərin gənclərə qarşı heç bir xidmətləri olmayıb. Azərbaycan xalqı onların keçmiş fəaliyyətlərinə yaxşı bələddir. Buna görə də onlara inam yoxdur. Əli Kərimlinin dediyi fikirləri isə normal insanın düşüncəsinin məhsulu kimi qiymətləndirmirəm".
İsa Qəmbərin Ermənistan və digər ölkələrdə olan erməni siyasi dairələri ilə əlaqəyə girərək onlarla əməkdaşlıq haqqında müqavilə bağlamasına da münasibət bildirən S.Orucov deyib ki, İsa Qəmbər hər zaman milli ideologiyadan, dövlətçilikdən, vətənpərvərlikdən və milli şüurdan danışır: "Ancaq bu insan Azərbaycana ən ağrılı problemi yaşadan ermənilərlə əməkdaşlıq edir. O ermənilər ki, torpaqlarımızı işğal edib, 1 milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB