Aydın Hüseynov: "Müxalifət özünü gündəmdə saxlamağa çalışır"

Aydın Hüseynov: "Müxalifət özünü gündəmdə saxlamağa çalışır"

Müxalifətə qanunsuz aksiyaların keçirilməsi ilə bağlı sifariş xaricdən gəlir. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Avropada insanlara digər ölkələrdən tələb etdikləri tərzdə dəyər verilmir: "Müxalifət də aldığı sifarişlər əsasında bu və ya digər hadisələri qabartmağa çalışır. Bunlar da müxalifətin özünü gündəmdə saxlanmasından başqa heç bir şeyə xidmət etmir. Bu və ya digər yollarla müxalifət özlərini gündəmdə saxlamağa çalışır. Bu hərəkətlərə yol verməklə müxalifət özlərini Azərbaycan cəmiyyətindən təcrid edir. Müxalifətin ölkədə baş verən proseslərdən və inkişafdan xəbərləri belə yoxdur. Bu gün Azərbaycan prezidenti və xalqı bir birlərini qarşılıqlı şəkildə başa düşərək ölkənin inkişafı ilə məşğuldur. Müxalifət isə harda Azərbaycanın dövlətçilik və milli maraqlara zidd mövqedə dayanan qüvvə var özlərini həmin qüvvənin qucağına atmaqla məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə