Yunanıstanda işsizlik 26 faizə çatıb

Yunanıstanda işsizlik 26 faizə çatıb

Yunanıstanda işsizliyin səviyyəsi sentyabr ayının göstəricilərinə əsasən 26 faizə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 1 milyon 295 min yunanıstanlı işsizlik problemi ilə üzləşib. İşsizlərin 30,1 faizi qadın, 22,9 faİzi isə kişilər olub. Yunanıstanda işsizliyin çoxalması, beynəlxalq kreditorların Yunanıstan hökumətindən sərt iqtisadi islahatların həyata keçirilməsini tələb etməsi nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə