"Əli Kərimli çoxdan iflasa uğrayıb" EKSKLÜZİV - AÇIQLAMA

Elçin Mirzəbəyli:
"Əli Kərimli çoxdan iflasa uğrayıb" EKSKLÜZİV - AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) Əli Kərimli və matros Faiqdən başqa heç kim qalmayıb. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Fuad Qəhrəmanlının isə hansı maraqlara xidmət etdiyi və kim olduğu hər kəsə yaxşı bəllidir. AXCP-də Əli Kərimlidən başqa faktiki olaraq siyasət adamı qalmayıb. Hətta onu siyasətə gəlməsində mühüm rol oynayan insanlar belə onu tərk edib. Əli Kərimli adlı siyasətçi Azərbaycanda çoxdan iflasa uğrayıb. Sadəcə olaraq bəzi ölkələr onun mövcudluğunda maraqlıdırlar. Çünki Azərbaycan siyasətində su bulandırmaqda məşğuldur. Bu insan siyasi ömrünü başa vurub amma siyasətdən getmək istəmir. Çünki ritorika və yalan bəyanatlar verməkdən başqa bacardığı heç nə yoxdur.

Rəhim Qazıyev və İsa Qəmbər arasındakı konfliktə də münasibət bildirib: "Bu şəxslər bir birlərini yaxşı tanıyırlar. Özünü böyük siyasətçi hesab edən bu şəxlərin belə bəsit mövzuda müzakirələr aparırlarsa bu onların iflasının bariz nümunəsidir. Həmçinin onların mənsub olduğu siyasi düşərgədə hansı deqradasiya prosesinin getdiyindən xəbər verir. Rəhim Qazıyevin Azərbaycana xəyanəti artıq çoxdan sübut olunub. Bu insan nə üzlə Azərbaycan cəmiyyətinin qarşısına çıxır başa düşmürəm. Hesab edirəm ki, bu şəxsin adını çəkmək Azərbaycan siyasətçisinə yaraşan addım deyil. Şəxsən mən belə şəxsin adını çəkməyə utanıram. Özüm şahidi olmuşam, bu insan deyib ki, "Şuşa getsə başıma güllə çaxacam" ancaq indi deyir mən elə söz deməmişəm. Bir insan ki, öz sözünü danırsa, başqa şəxslərin əlində oyuncağa çevrilirsə və Qarabağı işğal edən ordunun rəhbərliyi ilə dostluq işlədirsə bu adamın ayağı altından Azərbaycan torpağı qaçmalıdr. Bu baxımdan bu iki şəxs bir birlərini yaxşı tanıyırlar. Çünki, bir strukturda təmsil olunublar və hər ikisinin də kimliyi Azərbaycan cəmiyyətinə yaxşı bəllidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə