Ermənistan rəhbərləri Cənubi Qafqazda forpost damğasını qəbul ediblər
Təhlükəli oyunun "peşka"sı

Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər və beləcə öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. SİA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

PA rəhbərinin sözlərinə görə, Ermənistan öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər: " Hesab edirəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək".

R.Mehdiyev bildirib ki, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılıb: "Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20% ərazilərimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə