"Azərbaycanın sədrliyi müddətində təşkilat daha da effektiv fəaliyyət göstərib"
"Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının iclası qarşıya qoyulan məqsədlərə nail olub. Azərbaycanın sədrliyi müddətində təşkilat daha da effektiv fəaliyyət göstərib. Sessiya zamanı müzakirə edilən məsələlər bunun bariz nümunəsidir". SİA-nın məlumatına görə, bunu Bolqarıstan parlamentinin sədri Tseska Tsaçevaya çıxışında bildirib.
Onun sözlərinə görə, QDİƏT PA regoinda yeganə təşkilatdır ki, region ölkələri arasında birgə əməkdaşlığı inteqrasiya proseslərini sürətləndirə bilər: "Ümid edirəm ki, Bolqarıstanın sədrliyi müddətində təşkilat qarşısına qoyduğu məqsədlərə çatmaq və daha da səmərli fəaliyyət göstərməsi üçün səyləri davam etdirəcək".
"Bolqarıstan sədrliyi müddətində üzv ölkələrin əməkdaşlıq potensialından istifadə edərək əməkdaşlığın effektivliyinə nail olacaq. Biz iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə regiondakı mövcud münaqişələrin həll olunmasına çalışmalıyıq. Ona görə ki, bu münaqişələr hamımızı narahat edən məsələdir və əməkdaşlığa mane olur",- deyə parlamentin sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB