"Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb"

"Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb"

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası bu gün də öz işini davam etdirir. SİA-nın məlumatına görə, Ukraynanın QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Lilia Qriqoryeviç "QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar" mövzusunda məruzə ilə çıxış edərək müzakirələr aparıb.

Lilia Qriqoryeviçin məruzə və müzakirələrində qeyd edib ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaradıb və yoxsulluğun səviyyəsi artıb: "Lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin rifah halı yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilib".

"QDİƏT-ə üzv dövlətlərin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri" mövzusundakı məruzə ətrafında aparılan müzakirələr zamanı qolaballaşan dünyada ölkələrin hazırladıqları inkişaf strategiyası, şəhərlərin modernləşdirilməsi, yeni infrastrikturlarım yaradılması və bu proseslərlə paralel olaraq ekoloji problemlərin həlli, mədəni abidələrin qorunması və bir sıra məsələlər diqqət mərkəzində olub.

İclasda, həmçinin QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclasında qəbul olunan tövsiyə xarakterli qərarlara baxılacaq, həmçinin 2012-ci ilin II yarısındakı fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, reqlamentə dəyişikliklər olunacaq, maliyyə məsələləri, Assambleyanın 2013-cü il yaz sessiyasının keçiriləcəyi tarix və yer müəyyənləşəcək, QDİƏT PM-nə sədrliyin rotasiya qaydasında Azərbaycandan Bolqarıstana ötürülməsi və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda isə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, plenar sessiyada QDİƏT-ə üzv olan 12 ölkədən (Ermənistan istisna olmaqla) 11-nin nümayəndə heyəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə