Asim Mollazadə: "Cinayətkar Ermənistan sülhə imkan vermir" EKSKLÜZİV

Asim Mollazadə: "Cinayətkar Ermənistan sülhə imkan vermir" EKSKLÜZİV

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransının Azərbaycanda keçirilməsi Asiyanın siyasi elitasına ölkəmizin strategiyası və qarşımıza qoyduğumuz hədəflərə çatmaqda nə qədər israrlı olduğumuzu tanış etmək üçün mühüm hadisədir. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə beyib.

Partiya sədri bildirib ki, İCAPP-ın Bakıda keçirilməsi çox mühüm hadisədir: "Asiyanın aparıcı siyasi partiyalarına bizim problemlərimizi, Ermənistanın Azərbaycana olan təcavüzünü çatdırmaq üçün mühüm tədbirdir ki, ev sahibliyi edirik. Həmçinin bu konfransın keçirilməsi Asiya ictimaiyyətinə öz missiyasını çatdırmaq baxımından mühümdür. Azərbaycan şərqli köklərini heç vaxt unutmayıb. Bizim mədəniyyətlərarası çox böyük təcrübəmiz var. Düşünürəm ki, Avroatlantik məkana inteqrasiya bizim missiyamız olsa da, biz heç vaxt öz mədəni köklərimizi unutmamalıyıq".

Konfransda erməni Raffi Ovannisyanının Azərbaycana qarşı təxribatçı çıxışını pisləyən millət vəkili hesab edir ki, ermənilər heç vaxt belə təxribatçı hərəkətlərdən əl çəkməyiblər: "Ermənilər ümumilikdə türk millətinə qarşı həmişə bədnam siyasət aparıblar. Ermənistanın belə bədnam əməllərinin azalmasına səbəb Azərbaycanın uğurlu xarici siyasətidir. Artıq Azərbaycan bütün dünyaya öz həqiqətlərini çatdıra bilir. Qəbul olunan Bakı Bəyannaməsi bir daha sübut edir ki, Azərbaycan regionun lider dövlətidir və çox uğurlu siyasət aparır".

Minsk qrupunun regiona səfərindən yeni heç nə gözləməyən millət vəkili hesab edir ki, Minsk qrupu üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir. "Minsk qrupu Avropanın möhtəşəm şəhərlərində görüşlər keçirməkdən başqa heç nə edə bilmir. Həmsədrlər cinayətkara düzgün qiymət vermədiyindən bu səfərdən bir nəticə gözləmirik".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə