Ermənistan Azərbaycan Prezidentinin bəyanatından narahatdır

Ermənistan Azərbaycan Prezidentinin bəyanatından narahatdır

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Mİnsk qrupunun həmsədrlərini qəbul edib. SİA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Nalbandyan Robert Bradke, İqor Popov, Jak Fora, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişlə görüşüb.

Ermənistanın XİN mətbuat xidmətinin məlumatına əsasən, Nalbandyan Azərbaycan dövlət başçısının bəyanatlarını daxili auditoriyaya yönələn provakasiya adlandırıb, eyni zamanda bunun danışıqlar prosesinə təsir göstərdiyini vurğulayıb.

Həmsdərlər öz növbələrində nazirə Xankəndində qondarma respublikanın prezidenti ilə baş tutan görüşün nəticələrini təqdim ediblər. Görüş zamanı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrda həmsdərlərlə birgə görüşlərinin təşkilinin mümkünlüyünü də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə