"YAP-ın iştirakı vacibdir"

"Yeni Azərbaycan və "Vahid Rusiya" (Yedinaya Rossiya) Partiyaları arasında yaxşı münasibət yaranıb və biz bu əlaqələri inkişaf etdirmək fikrindəyik". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Rusiyanın "Vahid Rusiya" Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimovla görüşdə deyib.

A. Klimov YAP-nı dekabrın 3-də Sankt-Peterburqda keçiriləcək Avrasiya məkanındakı siyasi partiyaların toplantısına dəvət edib: "Vahid Rusiya" nın təşkil edəcəyi bu toplantıda YAP-ın iştirakı vacibdir".

İcra katibi Əli Əhmədov öz növbəsində tədbirə qatılacaqlarını söyləyib.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə