Ermənistana qarşı təzyiqlər davam etdirilməlidir

Ermənistana qarşı təzyiqlər davam etdirilməlidir

"Beynəlxalq hüquq prinsiplərini pozan və konstruktivlikdən uzaq mövqe sərgiləyən Ermənistan tərəfinə təzyiqlər davam etdirilməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti dəfə səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təzyiqin müxtəlif formaları var: "Ən azı ATƏT-in Minsk Qrupu Ermənistanı konstruktivliyə çağıra bilər. Düşünürəm ki, beynəlxalq təşkilatlar səviyyəsində Ermənistanı sülhə məcbur etmək olar. Bunun üçün əməli və konkret tədbirlər görülməlidir. Əks təqdirdə isə Azərbaycan öz ərazisində özünün səlahiyyətlərinə və imkanlarına uyğun tədbirlər həyata keçirməyə məcbur olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə