“Rusiya və Azərbaycan gəncləri arasında münasibətlər...”

“Rusiya və Azərbaycan gəncləri arasında münasibətlər...”

"Rusiya ilə Azərbaycan münasibətlərinin inkişafında gənclərin rolu böyük olub". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 1970-80-ci illərdə Heydər Əliyev Azərbaycan gənclərini Rusiyanın ən qabaqcıl təhsil müəssisələrinə oxumağa göndərib, həmçinin, gənclərimiz inşaat dəstələrinin tərkibində Rusiya ərazisində gedən quruculuq işlərində iştirak ediblər: "İki müstəqil dövlətin münasibətlərinin yaxşılaşmasında, inkişafında, strateji mahiyyət kəsb etməsində gənclərin rolu böyükdür. Gənclərin ikinci beynəlxalq forumunun keçirilməsi prezidentin təşəbbüsü ilə reallaşıb. Forumda Rusiyanın müxtəlif regionlarından, əsasən Şimali Qafqaz regionundan olan gənclər iştirak edir. 3 gün ərzində onlar Azərbaycanın mədəniyyəti, respublikanın vəziyyəti, gənclərin qayğıları ilə tanış olub, fikir mübadiləsi aparacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə