"Azərbaycan Asiya və Qafqaz regionun demokratik, lider ölkəsinə birinə çevrilib"
"Bu gün Azərbaycan uğurlu inkişaf yolu keçərək Asiya və Qafqaz regionun demokratik, lider ölkələrindən birinə çevrilib. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 7-ci Assambleyasının Azərbaycanda yüksək səviyyədə təşkil olunması da bu inkişafın bariz göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesiya Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı VII Assambleyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirin Bakıda təşkil olunması həmçinin ölkənin çoxpartiyalı bir ölkə kimi uğurlu inkişafından xbər verir: "Ölkəniz 20 illik müstəqil dövründə mühüm uğurlara imza atıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 7%-dək azaldılıb, yüz minlərlə iş yerinin açılması ilə insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bizim fikrimizcə, hər bir xalqın yeganə düşməni yoxsulluqdur. Ona görə də hər bir xalq çalışmalıdır ki, öz ölkəsini inkişaf etdirsin və müəyyən sosial probelmləri həll etsin. Bunların nəticəsində ümumi Asiya regionunda birgə inkişafa və uğurlara nail olmaq olar".
Xose de Venesiya həmçinin Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib. O qeyd edib ki, Asiya Siyasi Partiyaları olaraq Asiyada Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən hansısa yeni bir münaqişənin olmasını istəmirik: "Bu münaqişələr yaradılmamalı, əksinə onlar aradan qaldırılmalıdır. Bunun üçün birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olmalıyıq. Düşünürük ki, Azərbaycan və Ermənistan arasında siyasi birləşməyə nail olunmalıdır".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB