"Erməni lobbisi gecə-gündüz bir çox kiçik dövlətləri öz çirkin əməllərinə alət etmək üçün fəaliyyət göstərir." Bunu SİA-ya açıqlamasına millət vəkili Musa Quliyev bildirib.
Uruqvay dünyada sayılıb seçilməyən kiçik dövlətlərdəndir: "Uruqvayda rəsmi göstəricilərə görə 15 mindən çox erməni yaşayır. Onların da bir çoxu bu ölkənin biznes şəbəkəsində və dövlət strukturlarında söz sahibidirlər. Şübhəsiz ki, oradakı ermənilərin də həm parlament səviyyəsində, həm də hökumət səviyyəsində lobbiliçilk fəaliyyəti var. Uruqvaylı parlamentarilərin Ermənistana və Dağlıq Qarabağa səfəri bu lobbiçilik fəaliyyətinin nəticəsidir. Biz buna çox təəssüf edirik ki, Azərbaycanı sözdə özünə dost, tərəfdaş kimi qeyd edən deputatlar belə ağılsızlıqlar edirlər. Doğrudur, sonradan Xarici İşlər Nazirliyinin notasına Uruqvay hökuməti cavab verdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, Azərbaycanla dost münasibətlərini davam etdirəcəklərinə dair söz verirlər. Amma bu olanlar yaxşı hal deyil".
Ermənilərin belə təxribatlarının qarşısını almaq üçün xarici ölkələrdəki lobbiçilik fəaliyyətimizin daha da güclənməsinin zəruri olduğunu deyən millət vəkili hesab edir ki, bu regiondakı səfirlərimiz çox ciddi fəaliyyət göstərməlidirlər: "Uruqvaya QHT-lər səviyyəsində səfərlər olmalıdır. Parlamentlər arası dostluq qrupu çərçivəsində fəaliyyətlər daha da genişləndirilməlidir. Ola bilər dünyanın digər kiçik ölkələrində ermənilər bu fəaliyyəti davam etdirəcəklər. Ancaq bizim xarici siyasətimiz cənab prezidentimiz İlham Əliyevin fəaliyyəti nəticəsində xeyli güclənib. Diplomatiyada biz erməniləri qabaqlayırıq. Uruqvayın Dağlıq Qarabağı tanıması mümkün deyil".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB