Noyabrın 15-17-də Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasının yekununda Cibuti Bəyannaməsi qəbul edilib. XİN-dən SİA-ya verilən məlumata görə, bəyannamədə üzv ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi əks olunub.
Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir. Konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB