Taylanddan sonra Myanmanı və Kamboçyanı ziyarət edəcək
Obama Asiya ölkələrində

ABŞ prezidenti Barak Obama Asiya turu çərçivəsində Taylanda gedib. SİA-nın məlumatına görə, prezident Taylandın paytaxtı Banqkokda ölkənin baş naziri xanım Yinqlak Çinavatla görüşüb. Obama baş nazirlə görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, prezident seçkilərindən sonra ilk səfərinin Asiya olması heç də təsadüfi deyil.

Obama Asiya turunda Taylanddan sonra tarixi Myanmanı ziyarət edəcəyini deyib. O, həmçinin Myanmarın son illərdə həyata keçirdiyi iqtisadi, siyasi və digər islahatları dəstəklədiyini də vurğulayıb.

Məlumat üçün bildirək ki, Asiya turu çərçivəsində prezident həmçinin Kamboçyanı da ziyarət edəcək. Təmaslarda ən önə çıxacaq xüsus tarixi Myanma ziyarəti olacaq. Ağ Ev, Obamanın Myanma ziyarəti ilə bu ölkənin demokratik islahatlara yönələcəyinə ümid edir.

Qeyd edək ki, Obama Myanmarı ziyarət edəcək ilk ABŞ prezidenti olacaq. ABŞ dövlət katibi Hillari Klinton 2011-ci ilin dekabrında adıçəkilən ölkəni ziyarət edən ən yüksək vəzifəli məmur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə