"İsrailin baş naziri Benyamin Netanyahuya səslənirəm. İndi 2008 yox 2012-ci ildəyik. Buna görə də vəziyyəti düzgün qiymətləndir". SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Misirə səfəri çərçivəsində Türkiyə- Misir İş Forumunda çıxışı zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu ilin şərtləri 2008-ci ilin şərtləri kimi deyil: "Bu səbəbdən də vəziyyəti düzgün qiymətləndirmək lazımdır. İlk olaraq atəşkəsin tezliklə əldə olunması və bu işin də 24 saat ərzində həyata keçirilməsi vacibdir.Bunu uzatmaq hər iki tərəfə heç bir şey qazandırmaz".
"Həm İsrailə, həm də Qəzzaya səslənirəm. İndi 2008-ci ilin şərtləri yoxdur. Bugünkü tələblər tamam başqadır. Vaxtaşırı proqramlaşdırılan embarqolar aradan götürülməlidir ki, bölgədə sabitlik əldə olunsun. 90 gün müddətində görüşlərə start verilməsində fayda var. Çünki bu sahədə addımların atılması və müddətin başlaması olduqca vacibdir. Təkrar- təkrar bu saziş müzakirə masasına qoyulmasın. Artıq tapmaca oynamayaq"- çıxışında Ərdoğan vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB