Azərbaycan Respublikasının Konstitusiyası ən mütərəqqi konstitusiyalardan biridir. Bu konstitusiya Azərbaycan vətəndaşlarının hüquq və vəzifələrini təyin edən ən ali qanunlar toplusudur. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspert Aydın Hüseynov İsa Qəmbər və onun havadarlarının ölkə konstitusiyasının dəyişdirilməsi iddiası ilə çıxış etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İsa Qəmbərin özü vatıkən Milli Məclisdə Ali qanunverici orqanın sədri olub: "Bəs gəlin görək, həmin insanlar o zaman hansı qanun layihəsini ortalığa qoydular? Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası yaradılıb və uzun müddət xalqın müzakirəsinə verilib. Sonda isə sevindirici bir hal kimi ana qanunumuz olan Konstitusiyamız yaradılıb. Bu gün cəmiyyətdə baş verən proseslərdə Azərbaycan vətəndaşının iradəsi əsas götürülür. Beləcə, konstitusiyanı da səsvermə yolu ilə ölkə vətəndaşları təyin edir. Əgər konstitusiyanın hər hansı bir məqamına dəyişikliklər nəzərdə tutulursa bu da yenə referendum yolu ilə yəni ümumxalq səsverməsi ilə həyata keçirilməlidir. Konstitusiyamız İ.Qəmbər və onun kimi digər insanların arzu və istəkləri ilə yazılmır. Ümumilikdə ana qanunumuz Azərbaycan xalqının mənafeyinin ifadəçisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB