Cümşüd Nuriyev: "Konistitusiyaya dəyişiklik etmək müxalifətin işi deyil"

Cümşüd Nuriyev: "Konistitusiyaya dəyişiklik etmək müxalifətin işi deyil"

Konistitusiya dəyişikliyi etmək müxalifətin işi deyil, ancaq təkliflərini verə bilər. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İsa Qəmbərin Konistitusiyaya dəyişikliklər edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Konistitusiyaya dəyişiklilər etmək üçün parlament qanunverici orqan kimi qərar çıxarmalıdır: "Bu isə referendum yolu ilə həyata keçirilir. Bu dəyişikliklər daha çox parlamentlə bağlı olduğuna görə bunun hansı effekti verəcəyi və hansı hüquqi gücə malik olacağı ilə bağlı fikir söyləmək çətindir. Bu tip fikirləri irəli sürmək daha çox siyasi populizmə hesablanmış addımdır. Belə fikirlər deməklə gündəmdə qalmaq istəyirlər. Fikrimcə, bu siyasətçi üçün uğurlu yol deyil. Hazırda onların tələb etdiyi şəkildə bu mexanizmi həyata keçirmək mümkün deyil".

Konistitusiya dəyişikliyinə gəldikdə isə politoloq deyib ki, Azərbaycan Respublikasının Konistitusiyası yenicə dəyişdirilib: "Müxalifət nəyi dəyişdirmək isdəyir mən bilmirəm. Ümumiyyətlə, Konistitusiya dəyişikliyi ilə bağlı məsələni gündəmə gətirmək üçün ən azı 40 millət vəkili buna razılıq verməlidir. Onların da bu gücə sahib olmadıqları dəqiq məlumdur. Bir neçə nəfər razılaşıbsa, bu o demək deyil ki, məsələ həll olunub".

Müxalifətin Azərbaycan Parlamentinin buraxılması tələbinə toxunan politoloq: "Azərbaycanda parlamentin buraxılması mexanizmi yoxdur. Ümumiyyətlə dünya ölkələrinin 90% də bu mexanizim yoxdur. Parlament isə öz özünü buraxa bilməz. Azərbaycan müxalifəti 2012 cildə yenidən 90-cı illər səviyyəsində hər şeyi küçədə həll etmək məcburiyyətində qalıbsa deməli bizim müxalifət inkişafdan çox geri qalıb. Yəni hələ keçən əsrdə qalıb. Ötən əsrin müxalifəti yeni əsrə yeni heç nə verə bilməyəcəyinə görə, bu mitinqlərin keçirilməsinin heç bir siyasi mənası yoxdur", - deyə bildirib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə