Milli Məclisin plenar iclasında Uruqvay parlamentinin spikeri Xorxe Orikonun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsinə etiraz bildirilib. SİA-nın məlumatına görə, deputat Qənirə Paşayeva bildirib ki, Uruqvay parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik edib: "Spiker orada separatçı rejimin rəhbəri ilə görüşüb və bu, Azərbaycanın ərazi bütövlüyünə böyük bir hörmətsizlik olmaqla yanaşı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə ziddir".
Deputat Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı Uruqvaya nota verəcəyini də xatırladıb: "Milli Məclis də bununla bağlı öz etirazını Uruqvay dövlətinə bildirməlidir, Azərbaycan parlamentinin bununla bağlı etiraz müraciəti göndərməsini təklif edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB