1995-ci ilə qədər Sovet konstitusiyası dəyişilmiş formada fəaliyyət göstərirdi. Hətta o müstəqil dövlət konstitusiyasının heç bir funksiyasını özündə ehtiva edə bilmirdi. Bunu SİA-ya Millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, daha sonralar konstitusiyamız sözün əsl mənasında Azərbaycan müstəqilliyin zəmanəti rolunu oynayan bir sənəd kimi qəbul olunub: "Bu müstəqil Azərbaycan respublikasının ilk konstitusiyasıdır. 1991-ci ildə özünün dövlət müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycan dünyaya müstəqil dövlət kimi gəldiyini və onun əbədi olduğunu ilk konstitusiyası vasitəsilə birdaha bəyan etdi. 1918-ci ildə yaradılan Demokratik konstitusiyanın üzərində müəyyən işlər getsə də onu qəbul etməyə sadəcə olaraq həmin dövr hakimiyyətinin zamanı çatmırdı. Sonradan Sovet hakimiyyəti dövründə Azərbaycan konstitusiyalara malik olsa da bu muxtar bir bölgənin konstitusiyası idi".
A.Mirzəzadə hesab edir ki, ümumilikdə bu konstitusiya Azərbaycanın daxili və xarici siyasət yürütməsinə heç bir şərait yarada bilmirdi: "1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan konstitusiya komissiyası Azərbaycan konstitusiyasının layihəsi üzərində böyük iş apardı. Həmin dövrdə komissiyanın mütəmadi olaraq iclaslar keçirməsi, bir çox Avropa və Asiya ölkələrinin konstitusiyasını dərindən öyrənməsi, Azərbaycanın hüquqi dövlət statusunun müəyyənləşdirilməsində böyük rola malik oldu. Həmçinin o dövrdə konstitusiya layihəsinin geniş müzakirəsi oldu və çox sayda təkliflər konstitusiyanın son layihəsində öz əksini tapdı. Bununla da 1995-ci il 12 noyabr konstitusiyası Azərbaycanı hüquqi demokratik dövlət kimi elan etdi və Azərbaycan hakimiyyətinin mənbəyinin xalq olduğu bir daha vurğulandı. Həmçinin bununla ölkəmizin ərazi bütövlüyü elan edildi və Azərbaycanın sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll edilməli olduğu diqqətə çatdırıldı. Bütün bundan sonra Azərbaycan prezidentli respublika elan olundu. Və dövlət hakimiyyətinin digər qolları olan məhkəmə və icra hakimiyyətinə səlahiyyətlər verildi. Məsələn, Azərbaycanda parlamenti heç bir halda buraxmaq mümkün deyildi. Bununla belə məhkəmələr ancaq konstitusiyaya tabe idi və öz fəaliyyətlərində müstəqil idilər. Yəni bütün bunların hər biri Azərbaycanda dövlət hakimiyyəti qollarının müstəqilliyini təmin edən əsas faktora çevrildi".
Millət vəkilinin sözlərinə görə, yeni konstitusiya Azərbaycanda geniş islahatlar üçün böyük imkanlar yaratdı: "1996-cı ildən başlayaraq Azərbaycanda iqtisadi, siyasi, hərbi sahədə geniş islahatlar həyata keçirilməyə başlanıldı. Eləcə də 1998-ci ildə ölüm hökmünün və mətbuat üzərindən dövlət senzurasının ləğv edilməsi və 1996-ci ildən başlayaraq Avropa Şurasına qəbulla bağlı Azərbaycanda böyük layihələrin həyata keçirilməsi ona gətirib çıxardı ki, ölkəmiz doğurdan da 2001-ci ilin yanvarın 17-də Avropa Şurasına qəbul olarkən artıq bir çox Avropa standartlarına cavab verən ölkə kimi dünya arenasında söz sahibinə çevrilib. Aparılan işlər 2002-ci ildən Azərbaycan konstitusiyasında müəyyən dəyişikliklərin edilməsi zərurətini yaratdı. Belə ki, həmin konstitusiya ilə vətəndaşların konstitusiya məhkəməsinə müraciəti öz əksini tapdı. 2009-cu il konstitusiya dəyişikliklərində isə vətəndaşların şəxsi həyatının onu icazəsi olmadan çəkiliş edilməsi qadağan olundu. Hesab edirəm ki, bütün bunlar insanların hüquq və azadlıqlarının qorunmasında çox ciddi addımlardan sayıla bilər. Bu gün Azərbaycan konstitusiyası ölkəmizdə müstəqilliyin və dövlətçiliyin təminatıdır. Ölkə konstitusiyası artıq 17 ildir ki, ciddi fəaliyyət göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB