Oruc Zalov: "Bəzi mətbu orqanlar polislərin şərəf və ləyaqətini təhqir edirlər"

Oruc Zalov: "Bəzi mətbu orqanlar polislərin şərəf və ləyaqətini təhqir edirlər"

"Bəzi mətbu orqanlar var ki, qərəzli siyasi təşkilatlardan aldığı sifarişlə DİN-in yüksək rütbəli əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumatlar yazırlar. Həmin mətbu orqanlar "etibarlı" mənbələrə əsaslanaraq jurnalistlərin şərəf və ləyaqətlərini təhqir edirlər". Bunu Daxili İşlər Nazirinin müavini Oruc Zalov bu gün "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, həmin mətbu orqanlar "KİV-lər haqqında qanun"un 44-45-ci maddələrini pozaraq təkzib verməkdən də imtina edirlər: "Jurnalist və polislərin əməkdaşlığı barədə reallıqlardan yüksək şəkildə yazan kifayət qədər mətbuat orqanı var. Nazirlik jurnalist və polislərin əməkdaşlığı ilə bağlı Bakıda və regionlarda mütəmadi toplantılar keçirir".

O. Zalov jurnalistlərə müraciət edərək daim özlərinin peşə kodekslərinə hörmətlə yanaşmalarını və DİN əməkdaşlarının cinayətkarlıqla apardığı səmərəli mübarizəsindəndən də yazmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə