"Ermənistan ölkənin siyasi gündəliyini dəyişmək istəyir"

"Ermənistan ölkənin siyasi gündəliyini dəyişmək istəyir"

"Son dövrlərdə Azərbaycanın hərbi büdcəsinin artması, hərbi sənayenin inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması Ermənistanda bir təşviş doğurur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.

Onun sözlərinə görə, bütün hallarda bu məsələlər düşmən ölkəsində dağıdıcı vasitəyə çevrilib: "Adıçəkilən dövlətdə hərbi psixoloji əhval-ruhiyyə gündən-günə zəifləyir, miqrantların, ölkəni tərk edən vətəndaşların sayı isə get-gedə artır. Bu boşluğu kompensasiya edəcək heç bir vasitə olmadığı üçün Ermənistan hakimiyyəti məhz bu cür şaiyələr yaymaqla bir növ ictimai həmrəylik saxlamağa çalışır. Belə ki, onlar müharibə qorxusunu dilə gətirməklə insanları birləşdirmək, ölkənin siyasi gündəliyini dəyişmək istəyirlər. Hesab edirəm ki, bunun heç bir əsası yoxdur. Bu yalnız acizlikdən, Azərbaycanın gücündən və qorxusundan doğan özünümüdafiə xarakterli fikirlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə