YAP 20 il şərəfli yüksəliş yolunda FOTOLAR

Gəncədə partiyanın yubileyi qeyd edilib
YAP 20 il şərəfli yüksəliş yolunda FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibəti ilə YAP Gəncə şəhər Təşkilatının qərargahında yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti və Şura üzvləri, şəhərimizin idarə və müəssisələrinin rəhbərləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri şəhərimizin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyublar.

Sonra tədbirin rəsmi hissəsi başlayıb. YAP Gəncə şəhər Təşkilatının sədri giriş sözü ilə tədbiri açıq elan edib. Azərbaycanın Dövlət Himni səsləndirilib. YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov "Yeni Azərbaycan Partiyası 20 il şərəfli yüksəliş yolunda" mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu il yaradılmasının 20 illiyini qeyd etdiyimiz YAP-ın strateji xətti Azərbaycanın dövlət müstəqilliyni möhkəmləndirməklə bərabər, onu inkişaf etmiş qüdrətli dövlətə çevirmək, xalqın maddi rifah halını yaxşılaşdırmaq, sosialyönümlü iqtisadiyyatın yaradılması ilə dünya dövlətləri arasında layiqli yerini tutmasından ibarətdir.

"Hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sıralarında 26 min nəfər üzv vardır. Bunlardan 58,85%-i, yəni 15759 nəfəri qadınlar, 55,77 %-i, yəni 14891 nəfəri gənclərdir. Onlardan 52 nəfər elmlər doktoru, 441 nəfər fəlsəfə doktoru, 1 nəfər AMEA-nın həqiqi üzvü, akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 100 nəfər fəxri ad alanlardır.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı özündə 247 ərazi ilk partiya təşkilatını birləşdirir. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, respublika Prezidenti, YAP sədri, cənab İlham Əliyevi əmin edir ki, Yeni Azərbaycan Partyası üzvləri respublikamızın, şəhərimizin ictimai-siyasi, mədəni həyatında və quruculuq işlərində bundan sonra da fəal iştirak etməklə, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, respublikamızın qüdrətlənməsinə, güclənməsinə və daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər", - deyə təşkilat sədri əlavə edib.

Tədbirdə iştirak edən ÜAP siyasi şurasının üzvü, millət vəıkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, AMEA-nın müxbir üzvü, Gəncə Regional Elm Mərkəzinin direktori Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının Qadınlar Sürasının üzvü Sevda Qurbanəliyeva, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri Ramil İbrahimov çıxış edərək təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, 20 illik şərəfli mübarizə yolu keçmiş, xalqın dərin etimadını və etibarını qazanmış Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat olaraq formalaşmasından, inkişaf etməsindən və öz ətrafında xalqın ən fəal təbəqələrini birləşdirməklə vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyətindən söhbət açıblar.

İcra Başçısı hörmətli Elmar Vəliyev ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində yaradılan, ölkəmizin sağlam qüvvəlıərini öz sıralarında birləşdirərək cəmiyyətdə ararıcı mövqe tutan, nüfuzlu umumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi şərəfli mübarizə tarixindən, Azərbaycana böyük uğurlar gətirməsindən, əldə olunan nailiyyətlərdən söhbət açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğının təzahürü olaraq, bu gün şəhərimiz cox böyük sürətlə inkişaf edir. Gəncədə coxşaxəli layihələr, tədbirlər həyata keçirilir. Abadlıq-quruculuq işlərinin miqyası geniş vüsət alır. Gəncə dünya səviyyəsində tanınan bir şəhərə çevrilir.

Tədbirin sonunda şəhər fəallarından bir qruru, YAP-ın 20 illiyinə həsr edilmiş Gəncə-Qazax zonası üzrə minifutbol turnirini qalibi olan Gəncə şəhər Təşkilatının komandası, Gəncə şəhərinin ali məktəbləri və kolleclərinin gəncləri arasında keçirilən şahmat yarışının qalibi olan ADAU-nun komandası fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yubiley tədbirində YAP İcra Katibliyinin məsul işcisi Rafael Gülməmmədov, millət vəkili Xanlar Fətiyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə