"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Cənubi Koreya və Qazaxıstan səfirləri ilə görüşüb. "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, Cənubi Koreya səfiri ilə görüşdə adıçəkilən ölkənin ittifaqa üzvlüyü haqda müzakirələr aparılıb.
Qazaxıstan səfiri ilə görüşdə isə noyabrın 29-30-u tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının keçirilməsi və Qazaxıstanın bunda iştirakı barədə məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB