"Sivil dünyada Ermənistanın xülyalarına yer yoxdur"

"Sivil dünyada Ermənistanın xülyalarına yer yoxdur"

"Son dövlər Ermənistanda heç bir uğurlu nəticənin əldə olunmasını görmürəm. Artıq qondarma dövlətin səsi Avropadan deyil Avtraliyadan, Asiyadan və digər bu kimi dövlətlərdən gəlir". SİA-nın xəbərinə görə, bunu junralistlərə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, sivil dünyada Ermənistanın yalan dolu xülyalarına yer yoxdur: "Biz Ermənistanın hər bir addımına fərdi qaydada yanaşmalıyıq. Həmin adıçəkilən dövlətdə artıq böhran başlayıb. İlk dəfədir ki, Amerikadakı (ABŞ) seçkilərdə bir nəfər də olsun erməni iştirak etməyib. Biz əsasən ermənilərin dünyada zəifləməsi, iqtisadi böhrana düçar olması məsələsini gündəmə gətirməliyik. Artıq 1-2 ildən sonra ermənilər Dağlıq Qarabağa parlamentarilər çağırmayacaq. Türkiyə Ermənistana məxsus təyyarənin endirilməsindən sonra həmin bu dövlət ciddi sarsıntılara məruz qalıb. Hesab edirəm ki, Türkiyənin bu addımından sonra qardaş ölkə ilə müəyyən işlər aparılmalıdır. Biz Ermənistanda gerçəkləşəcək prezident seçkilərinə qədər ölkəmizin hərbi sahəsindəki gücünü daha da artırmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə